Xəbər lenti

Bölgələrdən Bakıya üz tutan sərnişinlərin sayı artır: Kifayət qədər avtobus var? (VİDEO)
Ekonomiks06:17 05.01.2020

Bölgələrdən Bakıya üz tutan sərnişinlərin sayı artır: Kifayət qədər avtobus var? (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gündən etibarən bölgələrdə avtovağzallardan və avtostansiyalardan Bakıya gələnlərin sayında artım olacaq.
Qaynarinfo-nun "Xəzər TV"yə istinadən məlumatına gör, Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirilib ki, ölkənin 56 avtovağzal və avtostansiya kompleksində gücləndirilmiş iş rejimi davam edir. Bayramın son günlərində sıxlıq yaşanan region avtovağzalları ehtiyat avtobuslarla təmin ediləcək
Qurumdan həmçinin bildirilib ki, süni qiymət artımına da ciddi nəzarət ediləcək.
Bakı Beynəlxalq Avtovağzalı Kompleksinin sözçüsü Pərvin Məmmədova isə deyib ki, dekabrın 25-dən etibarən bu günə qədər bölgələrə 100 mindən artıq sərnişin daşınıb. Buna görə də bölgələrdən Bakıya kifayət qədər insanın üz tutacağı gözlənilir.
Həmçinin o da bildirilib ki, ehtiyac olan bütün avtovağzal və avtostansiyalar əlavə avtobuslarla təmin ediləcək.