BMT Baş Assambleyasının Rusiyanı təşkilatın nizamnaməsinə və beynəlxalq hüququn tələblərinə əməl etməyə məcbur etmək imkanı yoxdur.
Qaynarinfo "Ukrinform"a
istinadən xəbər verir ki, bunu Nyu-Yorkda keçirilən mətbuat konfransında BMT Baş Assambleyasının rəhbəri Dennis Frensis deyib.
"Biz öz dəyərlərimizə və prinsiplərimizə əsaslanaraq inamla hərəkət edirik və ümid edirik ki, BMT-yə üzv olan bütün dövlətlər quruma daxil olarkən götürdükləri öhdəliklərə əməl edəcəklər", deyə Frensis Baş Assambleyanın Rusiyanın Ukraynaya qarşı müharibəni dayandırması və beynəlxalq hüquqa riayət etməyə başlaması üçün kifayət qədər iş görüb-görmədiyi sualına cavab verərkən qeyd edib.
Onun sözlərinə görə, Baş Assambleyanın "rusiyalıları buna məcbur etmək" imkanı və səlahiyyəti yoxdur. Eyni zamanda o, təşkilatın Rusiya Federasiyasının üzərinə düşən öhdəliyi yerinə yetirəcəyinə ümid etdiyini bildirib.
Nizami Bağırov
Şərhlər