Xəbər lenti

BMT-nin 77-ci sessiyasına sədrlik edən macarıstanlı diplomat prioritetlərini açıqladı
Siyasət18:23 12.09.2022

BMT-nin 77-ci sessiyasına sədrlik edən macarıstanlı diplomat prioritetlərini açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
BMT-nin 77-ci sessiyasına sədrlik edəcək macarıstanlı diplomat Çaba Kereşi and içib.
APA-nın TASS-a istinadla xəbərinə görə, diplomat öz səlahiyyətlərindən BMT-nin nizamnaməsinə uyğun şəkildə, qurumun maraqları çərçivəsində istifadə edəcəyinə and içib.
Bundan sonra o, 6-cı sessiyanın rəhbəri, maldivli diplomat Abdulla Şahiddən bayrağı təhvil alıb. Bunun ardınca Kereşi Ukraynada atəşkəs elan etmək və danışıqlara başlamağı təklif edib.
Diplomat eyni zamanda BMT TŞ-da islahatlar üçün danışıqlara başlayacağını da bildirib.