Xəbər lenti

BMT-nin layihə rəhbəri Bakıda içkili vəziyətdə saxlanıldı
Ölkə 17:11 14.10.2025

BMT-nin layihə rəhbəri Bakıda içkili vəziyətdə saxlanıldı

Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı layihə rəhbəri Rəvan Həsənzadə saxlanılıb. 

Qaynarinfo-nun məlumatına görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmədə məlum olub ki, Rəvan Həsənzadə içkili vəziyətdə Səbail rayonunda avtomobil idarə etdiyi üçün Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən saxlanılıb. O, səs-küy salaraq narahatçılıq yaradıb, DYP əməkdaşları ilə mübahisə edib. 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, bölməyə aparılıb və barəsində məlum protokol tərtib olunub.

Məhkəmə iclasında Rəvan Həsənzadə özünü təqsirli bilərək əməlindən peşman olduğunu deyib və bağışlanması barədə qərar qəbul edilməsini xahiş edib. 

Məhkəmə onun səhvini və beynəlxalq təşkilatındakı fəaliyyətini nəzərə alaraq İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissəyə xitam verib. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilib və 50 manat məbləğində cərimə edib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->