Xəbər lenti

BMU-da struktur dəyişikliyi: Elman Babayev şöbə müdiri təyin edildi
Ölkə10:59 03.10.2019

BMU-da struktur dəyişikliyi: Elman Babayev şöbə müdiri təyin edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Mühəndislik Universitetində təbliğat işinin gücləndirilməsi məqsədilə struktur dəyişikliyi aparılıb. 
Qaynarinfo BMU-ya istinadən xəbər verir ki, təhsil müəssisəsinin Mətbuat xidməti ləğv olunaraq, onun bazasında İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb. 
Əməkdar jurnalist Elman Babayev şöbənin müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, E.Babayev uzun illər bir sıra dövlət qurumlarında ictimaiyyətlə əlaqələr sahəsinə rəhbərlik edib, "Kaspi”, "Azərbaycan müəllimi” qəzetlərində, "Trend” İnformasiya Agentliyində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Sərəncamı ilə "Əməkdar jurnalist” fəxri adına layiq görülüb.