Rusiyadakı xarici avtomobillərin distribütörləri rublun dəyərdən düşməsi fonunda avtomobil qiymətlərində ciddi artım barədə danışmağa hazır olmadıqlarını deyiblər.
Qaynarinfo mk.ru-ya istinadla xəbər verir ki, dilerlərin nümayəndələrinin sözlərinə görə, avtomobil bazarında vəziyyətin qiymətlərə mənfi təsirinə hazırlaşırlar, lakin hələlik prosesi izləyəcəklər.
"Qiymətlərin nə qədər və nə vaxt dəyişdiriləcəyi barədə danışmaq hələ tezdir", - Mitsubishi Motors və Nissan nümayəndələri RİA-ya açıqlamalarında deyib.
BMW nümayəndəliyində isə bildiriblər ki, valyuta bazarındakı vəziyyət qısa müddətdə yaxşılaşmasa, qiymətləri qaldırmaq məcburiyyətində qalacaqlar.