Xəbər lenti

BNA-da təmizlik işləri: Bir ildə 2.5 milyon manat...
Ekonomiks12:56 08.10.2021

BNA-da təmizlik işləri: Bir ildə 2.5 milyon manat...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Nəqliyyat Agentliyi (BNA) bu gün təmizlik xidmətlərinin satın alınması müsabiqəsinə yekun vurub.
Qaynarinfo xəbər verir ki, satınalma müsabiqəsinin qalibi "Mint Services” MMC-dir. Qurumla şirkət arasında bağlanan müqavilənin maliyyə dəyəri isə 614 388.24 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Mint Servicse” MMC 27 fevral 2017-ci ildə qeydiyyatdan keçib. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 609, Globus Center, 7-ci mərtəbədə yerləşir. MMC-nin qanuni təmsilçisi isə Hümbətov Aqil Habil oğludur. 
Şirkətin 4 ildir fəaliyyət göstərməsinə baxmayaraq, açıq mənbələrdə barəsində heç bir məlumat yoxdur. MMC-nin qanuni təmsilçisi Aqil Hümbətov barədə də hansısa məlumata rast gəlinmir.
Bəlli olan odur ki, "Mint Services” MMC əsasən BNA-nın tenderlərinin qalibi olur. Bundan əvvəl BNA-nın tabeliyində fəaliyyət göstərən "BakuBus” MMC şirkətlə satınalma müqaviləsi imzalayıb. Cari ilin əvvəlində bağlanan və maliyyə dəyəri 1 925 763.09 AZN təşkil edən bu müqavilədə də təmizlik xidmətlərin satın alınması nəzərdə tutulur. Aydın olur ki, BNA bir ildə təmizlik xidmətlərinə 2 540 151.33 AZN xərcləyib. 
2020-ci ildə isə BNA təmizlik xidmətlərinin satın alınması ilə bağlı "Mint Services” MMC ilə maliyyə dəyəri 627 698.64 AZN təşkil edən müqavilə bağlayıb.
Seyid