Qana millisinin futbolçusu Kevin-Prins Boatenq "Metaverse" adlandırılan virtual reallıqda evlənən ilk oyunçu oldu.
Qaynarinfo xəbər verir ki, Boatenq 55 yaşlı sevgilisi Valentina Fradegrada ilə şənbə günü İtaliyanın Siena şəhərində gözəl bir mərasimlə evlənib. Keçmiş arvadı Melissa Sattadan boşandıqdan sonra Valentina ilə eşq yaşayan Boatenq yeni sevgilisi ilə birlikdə toydan romantik anlar paylaşıblar və həftə sonu gözəl bir evlilik mərasimi ilə münasibətlərini rəsmiləşdiriblər.
Futbolçu hər biri 50 avroya başa gələn NFT-lər vasitəsilə verilən dəvətlə evliliyi tamamilə yeni səviyyəyə qaldırıb. Onun dostları və ailəsi adlandırılan virtual reallıq vasitəsilə tədbirdə iştirak edib.
Ötən mövsümü uşaqlıq klubu "Herta"da keçirən futbolçu komandasının pley-offda rəqibi "Hamburq"u yenərək, Bundesliqada qalmasında kömək edib. 35 yaşlı futbolçu paytaxt təmsilçisində qalmağı düşünmür və onu cəlb etməkdə maraqlı olan başqa kluba keçmək üçün menecerlə danışıqlar apardığı bildirilir.
"Metaverse" dostların və ailənin onlayn formada mərasimdə iştirak edə biləcəyi virtual reallıqdır.
Səbuhi Həsənov