Xəbər lenti

Böyrək çatışmazlığı probleminin mümkün həlli tapıldı
Sağlamlıq 20:34 17.09.2023

Böyrək çatışmazlığı probleminin mümkün həlli tapıldı

Drexel Universitetinin alimləri müəyyən ediblər ki, ABŞ-da 2020-ci ildə ölən 21 min körpədən 12 mindən çoxu orqan donoru ola bilərdi. 
 
Qaynarinfo xəbər verir ki, bu barədə məlumatlar Avropa Orqan Transplantasiyası Cəmiyyətinin (ESOT) 2023 Konqresində təqdim edilib.

Hər il dünyada orqan növbəsi siyahısında olan xəstələrin 15-30%-i dünyasını dəyişir. Əvvəlki tədqiqatlar uşaq donorlarından böyrəklərin böyüklərə köçürülməsinin mümkünlüyünü təsdiqləyib. 2018-ci ildə böyrək Avropa İttifaqında ən çox transplantasiya edilən orqan olub və bütün transplantasiyaların 60%-dən çoxunu təşkil edib.

Alimlər yeni araşdırmada 2020-ci ildə ölən 21 min körpənin 12 mindən çoxunun orqan donoru ola biləcəyini müəyyən ediblər. Yenidoğulmuşların böyrəkləri bir çox cəhətdən canlı yetkin donorların orqanlarından daha yaxşıdır. Körpələrdən transplantasiya edilmiş orqanların 25 ildən çox işləyə biləcəyinə dair sübutlar var.

Alimlər deyirlər ki, yeni doğulmuş körpələrin potensial orqan donoru kimi tanınması transplantasiya üçün böyrək çatışmazlığını həll etməyə kömək edə bilər.

ESOT-un seçilmiş prezidenti və ESOT 2023 Konqresinin həmsədri, professor Qabriel Onisku deyib: "Bu məsələnin yüksək emosional xarakterini və etik və hüquqi mülahizələri qəbul edərək, tədqiqatın nəticələri yeni doğulmuş uşaqların potensial orqan donorları kimi tanınmasının vacibliyini vurğulayır".

İnsan ömrünün uzunluğu artdıqca, şəkərli diabet, piylənmə və qaraciyər xəstəlikləri kimi xroniki xəstəliklər daha çox yayıldıqca transplantasiyaya ehtiyac artır və mövcud orqanların sayı azalır. 2022-ci ilin yanvar ayına olan məlumata görə, ABŞ-da böyrək transplantasiyası gözləmə siyahısında 100.000 xəstə var olub, bir il əvvəl isə bu rəqəm cəmi 24.669 idi.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->