Xəbər lenti

Boks yığmamızdan möhtəşəm uğur - 11 medal
İdman15:52 27.06.2015

Boks yığmamızdan möhtəşəm uğur - 11 medal

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün "Bakı-2015" I Avropa Oyunlarında boks yarışlarına yekun vurulub. Qaynar.info xəbər verir ki, son yarış günündə daha 5 çəki dərəcəsində final qarşılaşması keçirilib.
Bu çəkilərin 4-də Azərbaycan boksçusu həlledici görüşünə çıxıb. Onlardan Albert Səlimovla Pərviz Bağırov inamlı qələbə sayəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 91 kq çəki dərəcəsində qüvvəsini sınayan Abdulqadir Abdullayev rinqə çıxmadan qalib elan edilib. Buna səbəb Ukraynanı təmsil edən erməni əsilli Qevorq Manukyanın səhhətində problem yaranmasıdı. Finala çıxan 7 boksçumuzdan yalnız Xaybula Musalov rinqdən məğlub ayrılaraq, gümüş medalla kifayətlənib.
Bundan əvvəl boks yığmamızın aktivində 3 qızıl, 3 bürünc medal var idi. Komandamızın üzvlərindən Elvin Məmişzadə (52 kq), Lorenzo Sotomayor (64 kq) və Teymur Məmmədov (81) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, Tayfur Əliyev (56 kq), Məhəmmədrəsul Məcidov (+91 kq) və Anna Əlimərdanova (54 kq) 3-cü yeri tutub.
Beləliklə, boks yığmamız Avropa Oyunlarını 6 qızıl, 1 gümüş və 4 bürünc mükafatla başa vurub.
Qaynar.info