Xəbər lenti

Boksçularımız üçün ilin ilk təlim-məşq toplanışı
İdman07:47 06.01.2020

Boksçularımız üçün ilin ilk təlim-məşq toplanışı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kişi boksçulardan ibarət Azərbaycan millisi yeni ildə ilk təlim-məşq toplanışına start verib.
Qaynarinfo xəbər verir ki, komandamızın baş məşqçisi Umberto Orta Dominqes hazırlığa 18 boksçu dəvət edib.
Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan təlim-məşq toplanışı 9 gün davam edəcək. Gündə 2 dəfə keçirilən məşqlərdə əsas diqqət funksional hazırlığa yönələcək.
Toplanış yanvarda Tailandda keçiriləcək beynəlxalq yoldaşlıq görüşlərinə (təlim-məşq toplanışına) və Türkiyədə təşkil olunacaq Əhməd Comərdin xatirəsinə həsr edilmiş turnirlərə hazırlıq xarakteri daşıyır.