Xəbər lenti

Boksçumuz dünya çempionatına qələbə ilə başladı
İdman15:40 01.05.2023

Boksçumuz dünya çempionatına qələbə ilə başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan boksçusu Ümid Rüstəmov Özbəkistanın paytaxtı Daşkənddə bu gün start götürən dünya çempionatına qələbə ilə başlayıb.
Qaynarinfo xəbər verir ki,  57 kq-da çıxış edən idmançı 1/32 finalda mərakeşli Süleyman Samqulini sınağa çəkib.
Hakimlərin yekdil qərarı ilə qələbə qazanan Rüstəmov ikinci və üçüncü raundlarda rəqibini noqdauna salmağı bacarıb.
Qeyd edək ki, mayın 15-dək davam edəcək mundialda Azərbaycanın ümumilikdə 13 boksçusu qüvvəsini sınayacaq.