Xəbər lenti

Boksçumuz III Avropa Oyunlarında ikinci qələbəsini qazandı
İdman15:51 27.06.2023

Boksçumuz III Avropa Oyunlarında ikinci qələbəsini qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan boksçusu Məhəmməd Abdullayev (+92 kq) Polşada keçirilən III Avropa Oyunlarında növbəti döyüşünü keçirib.
Trend-in məlumatına görə, dünya çempionatının mükafatçısı səkkizdəbir finalda Gürcüstan idmançısı Nikoloz Beqadze ilə üz-üzə gəlib. M.Abdullayev görüşü qələbə ilə başa vuraraq mərhələ adlayıb. Boksçumuz dörddəbir finalda yunanıstanlı Stilianos Poulias ilə qarşılaşacaq. Həmin görüş iyunun 28-də keçiriləcək.
Xatırladaq ki, idmançımız ilk görüşdə Türkiyə təmsilçisi Uğur Aydemiri məğlub etmişdi.
Bu gün daha iki boksçumuz rinqə çıxacaq. Anaxanım İsmayılova (50 kq) Rita de Pinyo Soares (Portuqaliya), Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq) isə Tatevik Xaçatryan (Ermənistan) ilə qarşılaşacaqlar.