Xəbər lenti

Bolqar məşqçi millimizin futbolçusunu təriflədi: "Ustalığı yüksək səviyyədədir"
İdman11:51 02.07.2016

Bolqar məşqçi millimizin futbolçusunu təriflədi: "Ustalığı yüksək səviyyədədir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan millisinin futbolçusu Dmitri Nəzərov Almaniyada klubunu dəyişib.

Qaynarinfo.az xəbər verir ki, "Karslrue"dən ayrılan 26 yaşlı hücumçu Almaniya 2-ci Bundesliqasına vəsiqə qazanmış Aue şəhərinin "Ertsqebirqe" klubuna keçib. Dima bu klubla 2 illik müqavilə bağlayıb.

Onun keçidində klubun prezidenti Helqe Leonhardt 2 nəfərin əməyinin olduğunu söyləyib: "Bu keçidin alınmasının təşəbbüskarları bizim klubun icraçı direktoru Mixael Foiqt və baş məşqçi Pavel Doçev oldu. Şadam ki, biz tez bir şəkildə bu transferi həll edə bildik".

Bolqarıstanlı məşqçi Doçev isə Nəzərovu hələ daha əvvəldən tanıdığını bildirib: "Mən Dmitrini o, "Proyssen" klubunda oynayan vaxtdan tanıyıram. Onun futbol ustalığı yüksək səviyyədədir. O bizim hücumdakı oyunumuzu gücləndirəcək".

Qeyd edək ki, Dmitri Nəzərov 30 nömrəli formanı geyinəcək. O, komandanın hücumçusu Maks Veqneri əvəzləyəcək. Çünki bu futbolçu dizindən zədə aldığı üçün uzun müddətə sıradan çıxıb.

Qaynarinfo.az