Xəbər lenti

Bolqarıstan dekabrın 31-dən Azərbaycandan qaz alacaq
Ekonomiks16:04 22.12.2020

Bolqarıstan dekabrın 31-dən Azərbaycandan qaz alacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2020-ci il dekabrın 31-dən etibarən Bolqarıstan Azərbaycandan təbii qaz almağa başlayacaq.
Qaynarinfo xəbər verir ki,  bunu Bolqarıstanın baş naziri Boyko Borisov hökumətin iclası zamanı deyib.
O bildirib ki, "Bulgargaz" şirkəti ilə SOCAR arasında imzalanan müqaviləyə əsasən, Bolqarıstana 25 il müddətində illik 1 milyard 
kubmetr təbii qaz tədarük olunacaq.
Nazir əlavə edib ki, Azərbaycan qazı Bolqarıstana Yunanıstan vasitəsilə nəql ediləcək.
Qeyd olunub ki, Bolqarıstan təbii qazı gələn ilin oktyabrınadək Trans-Adriatik boru kəmərini (TAP) Yunanıstan qaz-nəqliyyat sistemi 
ilə bağlayan "Kulata" müvəqqəti tədarük məntəqəsi vasitəsilə əldə edəcək. (Trend)