Xəbər lenti

Bolqarıstan millisi Tiflisdə qəzaya düşdü, bir oyunçu yaralandı
İdman10:02 11.06.2022

Bolqarıstan millisi Tiflisdə qəzaya düşdü, bir oyunçu yaralandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tiflis Beynəlxalq Hava Limanından Bolqarıstan futbol komandasını aparan avtobus qəzaya uğrayıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Sputnik Gürcüstan"ın məlumatında deyilir.
İlkin məlumata görə, qəzaya səbəb Bolqarıstan millisinin getdiyi iki avtobusun toqquşması olub.
Qəza nəticəsində Bolqarıstan millisinin futbolçusu Todor Nedelev xəsarət alıb, xəstəxanaya yerləşdirilib.
İyunun 12-də Tiflisdə Gürcüstan və Bolqarıstan yığmaları arasında Millətlər Liqasının seçmə mərhələsinin oyunu keçiriləcək.
Alpər