Xəbər lenti

Bolqarıstan və Rumıniya gəmiləri Qara dənizi minalardan təmizləməyə başladı
Dünya 23:53 19.10.2023

Bolqarıstan və Rumıniya gəmiləri Qara dənizi minalardan təmizləməyə başladı

Bolqarıstan və Rumıniya donanmasının mina təmizləmə qrupu Ukraynanın yeni dəniz dəhlizinin marşrutu boyunca Bolqarıstan sahillərində Qara dəniz sularını təmizləməyə başlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Facebook”da Strateji Qara Dəniz Tədqiqatları İnstitutunun rəhbəri, "BlackSeaNews"un baş redaktoru Andrey Klimenko məlumat verib.

"Qara dəniz qonşularımız mina təmizləmə qrupunun yaradılması qərarından praktiki işlərin başlanmasına qədər təəccüblü dərəcədə qısa müddət nümayiş etdirirlər”, deyə o yazır.

Klimenkonun sözlərinə görə, qərar oktyabrın 12-də Ukraynanın müdafiəsi üzrə (Ramştayn) Təmas Qrupunun iclasında qəbul edilib və gəmilər oktyabrın 16-da dənizə çıxıb. O, həmçinin qeyd edib ki, mina təmizləmə qrupu təkcə Bolqarıstanın ərazi suları ilə məhdudlaşmır, həm də yeni Ukrayna dəhlizinin keçdiyi qonşu zonada işləyir.

"BlackSeaNews" və Qara Dəniz Strateji Araşdırmalar İnstitutu minaaxtaran qrupun yeddi gəmisindən beşini müəyyən edib. 

"Bloomberg" daha əvvəl bildirib ki, Türkiyə, Rumıniya və Bolqarıstan Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində Qara dənizi sularına düşən minalardan təmizləmək üçün birgə qüvvə yaradılmasını müzakirə edirlər. "Üçtərəfli təşəbbüs”lə bağlı qərar oktyabrın 12-də Alyansın mənzil-qərargahında NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iclası çərçivəsində qəbul edilib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->