Xəbər lenti

Borc yiyələrindən qaçmaq üçün həbs olunmaq istədi
Ölkə12:05 05.08.2015

Borc yiyələrindən qaçmaq üçün həbs olunmaq istədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünən Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vuraraq Neftçilər prospekti 131 ünvanında yerləşən "Park Bulvar" ticarət mərkəzində partlayıcı qurğu yerləşdirilməsi barədə yalan məlumat verən şəxs müəyyən edilib.

Araşdırmalar nəticəsində həmin şəxsin Kəlbəcər rayonundan məcburi köçkün, Suraxanı rayonunda məskunlaşmış 1970-ci il təvəllüdlü Allahverdiyev İsmayıl Həbib oğlu olması bəlliolub. O, polis tərəfindən saxlanılıb.

İlkin dindirmə zamanı 45 yaşlı İ.Allahverdiyevin bir neçə nəfərə xeyli miqdarda pul borclu olması üzə çıxıb. O, ifadəsində qeyd edib ki, özü qəsdən polisə yalan məlumat verib və həbs olunmaq yolu ilə borc yiyələrindən bir müddətlik yaxa qurtarmaq istəyib.

Araşdırmalar davam etdirilir. (lent.az) 

Qaynar.info