Xəbər lenti

Borcunu ödəməyən universitet məhkəməyə verildi
Ölkə19:36 19.04.2020

Borcunu ödəməyən universitet məhkəməyə verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Təbii qaza olan borcunu ödəməyən universitet məhkəməyə verilib.
Qaynarinfo Musavat.com-a istinadən xəbər verir ki, "Azəriqaz” İstehsalat Birliyi Sumqayıt Dövlət Universitetini (SDU) məhkəməyə verib. Buna səbəb universitetin təbii qazdan istifadəyə görə yaranmış 1528 manat borcunu ödəməməsi olub.
"Azəriqaz” iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra universitet borcu tam olaraq ödəyib.
Bundan sonra "Azəriqaz”ın nümayəndəsi mülki iş üzrə iddia tələbindən imtina olunduğunu bildirib və məhkəmədən mülki iş üzrə icraata xitam verilməsini, məhkəməyə müraciət olunarkən ödənilmiş 30 manat rüsum və 40 qəpik xidmət haqqının universitetdən onların xeyrinə tutulmasını istəyib.
Sumqayıt Dövlət Universitetinin nümayəndəsi buna etiraz etməyib.
Məhkəmə "Azəriqaz” İctimai Birliyinin xeyrinə qərar çıxarıb.