Xəbər lenti

Bordin "Neftçi"dən ayrılır? - Klubdan rəsmi mövqe
İdman15:14 25.12.2019

Bordin "Neftçi"dən ayrılır? - Klubdan rəsmi mövqe

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Neftçi"nin baş məşqçisi Roberto Bordinin klubdakı gələcəyi sual altındadır.
Hətta onun istefaya göndərilib, yerinə isə BATE-nin sabiq məşqçisi Aleksey Baqa və ya Tomas Dollun gətiriləcəyi gözlənilir. 
Bəs "Neftçi" klubunun qərarı nədir?
Bunu dəqiqləşdirmək üçün klubun mətbuat katibi Rüstəm Allahverdiyevdən soruşduq. Klub rəsmisi Sport7.az-a açıqlamasında Bordinin "Neftçi"dən ayrılmayacağını bildirib.
"Hazırda elə bir məsələ gündəmdə deyil. Bordin "Neftçi"nin baş məşqçisidir. "Neftçi" klubu olaraq nə Baqa, nə də Doll ilə heç bir danışığımız olmayıb. Yazılanlar həqiqəti əks etdimir. Yalan məlumatlardır". 
Qeyd edək ki, "Neftçi" Roberto Bordinin rəhbəliyi altında 14 turdan sonra 25 xalla turnir cədvəlinin ikinci pillləsində qəraraşıb. 
Röya