Xəbər lenti

Dünya 12:59 15.07.2023

Boris Conson NATO-nu güc nümayiş etdirməyə çağırdı

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson NATO ölkələrinə müraciət edərək, onları "güc nümayiş etdirməyə, süründürməçiliyə son qoymağa və Ukraynanı mümkün qədər tez NATO-ya qəbul etməyə” çağırıb. 

Qaynarinfo xəbər verir ki, onun məqaləsi Daily Mail-də dərc olunub.

"Onlar güclü olmalı idilər. NATO-nun bütün məqsədi budur. Onlar göstərməli idilər ki, NATO ölkələri Ukraynanın böyük fədakarlığını və onun bizə, Qərbə qoyduğu öhdəlikləri tanıyır”, deyə siyasətçi bildirib.

Conson müraciətində Ukraynanın heç bir şəkildə müharibənin başlanmasına təhrik etmədiyi fikrini ifadə edib, həmçinin Rusiyanı mülki şəxslərə və məhbuslara qarşı sistematik hərbi cinayətlər törətməkdə ittiham edib:

"NATO liderləri bircə dəfə də olsun NATO əsgərinin yaralanmadığı və ölmədiyi döyüşdə Ukraynanın qəhrəmancasına müqavimətinə görə kollektiv hörmət və minnətdarlıqlarını bildirməli idilər, çünki biz NATO ölkələrində bilirik istəyirik və daim deyirik ki, ukraynalılar bütün bunlar üçün vuruşurlar".

Onun sözlərinə görə, NATO Ukraynanın Alyansa daxil olması üçün yol xəritəsini qəbul etməlidir. Mümkün olmayan yeganə şey silahlı münaqişə zamanı Ukraynanın NATO-ya qəbul edilməsidir.

"Bizə yalnız müharibə başa çatan kimi, gələn il baş verə biləcəyini bilməklə, üzvlüyün başlaya biləcəyi barədə söz lazım idi", deyə Böyük Britaniyanın keçmiş baş naziri qeyd edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->