Xəbər lenti

Dünya 16:20 28.01.2024

Boris Conson orduya getməyə hazırdır

Boris Conson orduda xidmət etməyə hazırdır.

Trend xəbər verir ki, Böyük Britaniyanın keçmiş baş naziri bu sözləri ingilislərin Rusiya ilə münaqişə yaranacağı təqdirdə vətənlərini müdafiə etməyə çağırışları ilə bağlı deyib.

Siyasətçi hesab edir ki, Britaniya ümumi səfərbərlik tələb edən heç bir dövlətlə hərbi əməliyyata başlamayacaq.

Həmçinin Conson 16 yaşından Birləşmiş Kadet Korpusunda məşq etdiyini və "Kral və Ölkə uğrunda mübarizə" qərarını verməkdən çəkinməyəcəyini, lakin yenə də Krallığın onun köməyinə ehtiyac duymayacağına ümid etdiyini söyləyib.

Sabiq baş nazir ölkə Silahlı Qüvvələrinə gənclərin fiziki hazırlığına qoyulan tələbləri yumşaltmağı, eləcə də həmvətənlərə hərbi xidmətin vacibliyini xatırlatmağı təklif edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->