Rusiya prezidenti Vladimir Putin hələ də əsas şəxs olduğunu nümayiş etdirmək üçün "Vaqner” özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojini öldürməyə məcbur olub.
Qaynarinfo xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson NV-yə müsahibəsində
deyib.
"Priqojin hekayəsi Putin hökumətinin böhranının və Putinin mövqeyinin fundamental zəifliyinin təzahürüdür. Çünki o, hələ də əsas şəxs olduğunu nümayiş etdirmək üçün bütün dünyanın gözü qarşısında ən etibarlı leytenantlarından birini öldürməyə məcbur olub. Və bu, qanqster filminin sonu kimidir. ”Çapıqlı üz” filmində Toni Montana ən yaxın dostunu öldürdüyü kimi. Bu, sadəcə olaraq, adamı dəli edir. Siz axırıncı dəfə nə vaxt G20 ölkəsinin rəhbərinin bütün dünyanın gözü qarşısında keçmiş tərəfdarını öldürdüyünü görmüsünüz? Bu, qanqster filminə çevrilir. Bu güc əlaməti deyil. Bu, indi Putinin Rusiyasında baş verən xaosun əlamətidir və bu, tamamilə göz qabağındadır”, - Conson bildirib.
Nizami Bağırov
Şərhlər