Xəbər lenti

BOS-da paytaxtımızın loqosunun təqdimatı olacaq
İdman12:23 16.09.2016

BOS-da paytaxtımızın loqosunun təqdimatı olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sentyabrın 30-da AVRO-2020-yə ev sahibliyi edəcək 13 şəhərdən birinin - Bakının loqosunun təqdimat mərasimi olacaq. 

Qaynarinfo.Az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, tədbir Bakı Olimpiya Stadionunda (BOS) baş tutacaq. Bu tədbirə UEFA-nın sloveniyalı yeni prezidenti Aleksander Çeferin də dəvət olunub.

Qeyd edək ki, paytaxtımızda AVRO-2020-nin 4 oyunu keçiriləcək. Bakıda qrup mərhələsinin 3, 1/4 finalın 1 oyunu baş tutacaq.

Qaynarinfo.Az