Xəbər lenti

Bosniyalı hücumçu "Qəbələ"də qalmaq istəmədi
İdman12:57 21.05.2016

Bosniyalı hücumçu "Qəbələ"də qalmaq istəmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Qəbələ” İdman Klubu hücumçu Ermin Zetslə yollarını ayırıb. 

Qaynarinfo.az xəbər verir ki, ötən ilin iyul ayından “qırmızı-qara” formanı geyinən futbolçu “Qəbələ”nin uğurları üçün 1 mövsüm çalışıb. 

Komandanın heyətində 36 oyun keçirib, 10 qol vuran bosniya və herseqovinalı hücumçu 2015/16 mövsümündə "Qəbələ" ilə Premyer Liqanın bürünc mükafatçısı olub. 28 yaşlı legioner Premyer Liqada 23 oyunda 7, Azərbaycan kubokunda 4 oyunda 3 qol vurub, Avropa Liqasında 9 matçda forma geyinib.

Qeyd edək ki, ara-sıra Bosniya və Herseqovina millisinə də çağırılan Ermin Zets "Qəbələ"yə Türkiyənin "Balıkəsirspor" klubundan gəlmişdi. O, "1+1" şərti ilə "Qəbələ" ilə müqavilə bağlamışdı. Lakin bosniyalı baş məşqçi Roman Qriqorçukla yola getmədiyindən (bəzi oyunlarda məşqçinin qohumu Aleksey Antonova üstünlük verilirdi - red.), klubda qalmaq istəməyib. Hətta bu üzdən o son turda "18-liy"ə də daxil edilməyib. 

Qaynarinfo.az