
Azərbaycanda fəaliyyət göstərən Böyük Britaniyanın BP neft şirkətində əcnəbi mütəxəssislərin ixtisarına start verilib.
Adının çəkilməsini istəyən mənbənin Axar.az-a verdiyi məlumata görə, prosesə bu günlərdə başlanılıb.
Qeyd edək ki, bir müddət öncə BP ilə Dövlət Neft Şirkəti arasında narazılıq yaranmışdı. Narazılığa səbəb xarici şirkətin əcnəbi mütəxəssislərə üstünlük verməsi və neft-qaz sektoruna yerli mütəxəssislərin cəlb olunmasında şirkətin maraq göstərməməsi olmuşdu. Bu narazılıqdan sonra BP Azərbaycanda ixtisaslı daimi işçilərinin 90%-ni milli kadrlardan təşkil etməyi öhdəsinə götürüb.
“BP Exploreyşn” şirkəti elan edib ki, BP 2014-18-ci illər üçün beşillik milliləşdirmə planı hazırlayıb. Bu plana əsasən, 2018-ci ilin sonunadək BP-nin ixtisasalı işçilərinin 90%-ni milli kadrlar təşkil etməlidir. Bu prosesə də bu günlərdə başlanılıb.
Mənbənin verdiyi məlumata görə, artıq şirkət yüksək vəzifədə çalışan bir neçə əcnəbi mütəxəssislə yollarını ayırıb.
Qaynar.info