Xəbər lenti

BQXK rəsmiləri Azərbaycanda əsirlikdə olan muzdlu erməni snayperlə görüşdü
Ölkə15:12 13.02.2021

BQXK rəsmiləri Azərbaycanda əsirlikdə olan muzdlu erməni snayperlə görüşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları Azərbaycanda əsirlikdə olan Livan və Ermənistan vətəndaşı, snayper Maral Nacaryanla görüşüb.
Qaynarinfo xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb. Komitə nümayəndələri Nacaryanın ailə üzvlərinə onun səhhətinin normal olduğunu bildiriblər.
Maralın bacısı Ani Nacaryan bir müddət əvvəl onun əsirlikdən azad edilməsi haqda mətbuatda yayılan məlumatların doğru olmadığını söyləyib.