
Braziliyanın "Qremio" və "Palmeyras" klubları arasında keçirilən oyun zamanı maraqlı hadisə yaşanıb.
Qaynarinfo.Az xəbər verir ki, bu il Santa-Katarina ştatından Braziliya gözəli "Miss Bumbum" seçilmiş Danni Moraiş mühafizəçinin əlindən qurtularaq meydançaya daxil olub və soyunub. O, "Qremio"nun hücumçusu Qilyermeni qucaqlayaraq ona bikinidəki bədənini göstərib. Daha sonra mühafizəçilər onu ordan uzaqlaşdıra bilib.

Qeyd edək ki, bu oyun qolsuz heç-heçə ilə başa çatıb.
Qaynarinfo.Az