Xəbər lenti

Braziliya klubu "Qəbələ"nin təklifini rədd etdi
İdman05:05 19.08.2020

Braziliya klubu "Qəbələ"nin təklifini rədd etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Braziliyanın "Vitoriya" klubunun futbolçusu Eronildo dos Santos Roşanı heyətinə qatmaq istəyən Azərbaycan təmsilçisinin adı bəlli olub.

"Report" "Globoesporte" nəşrinə istinadən xəbər verir ki, "Qəbələ" 22 yaşlı hücumçunu icarəyə götürmək istəyib.

Oyunçunun agenti Antonio Qustavo təklifin "Vitoriya"nı razı salmadığını və klub tərəfindən rədd edildiyini bildirib.

Qeyd edək ki, Eronildo dos Santos Roşa Braziliyanın U-17 yığmasının formasını geyinib.