
Braziliyanın ev sahibliyi etdiyi dünya çempionatı davam edir.
Fanat.az xəbər verir ki, bu gün qrup mərhələsinin I turuna yekun vurulacaq və II tur başlayacaq. Saat 21.00-da H qrupunda mübarizə başlayacaq. Qrupun ilk matç Belçika və Əlcəzair arasında baş tutacaq.
Bundan sonra II tura start veriləcək. A qrupunda yer alan meydan sahibi Braziliya Meksikanı sınağa çəkəcək. Braziliya ilk turda Xorvatiyanı (3:1), Meksika Kamerunu (1:0) udub. Qarşılaşmanı Cüneyt Çakırın başçılıq etdiyi türk hakimlər briqadası idarə edəcək.
Saat 03.00-da isə H qrupunun ikinci matçı oynanılacaq. Bu dəfə şimal qonşumuz Rusiya Cənubi Asiya təmsilçisi Cənubi Koreya ilə münasibətlərini aydınlaşdıracaq.
DÇ-2014
Qrup mərhələsi
17-18 iyun
H qrupu
21.00 Belçika - Əlcəzair
Hakimlər: Marko Rodriges, Marvin Torrentera, Markos Quyntero (Meksika), Əlirza Fəqani (İran).
Belo Horizonte. "Myneyro Estadio".
A qrupu
00.00 Braziliya - Meksika
Hakimlər: Cüneyt Çakır, Bahattin Duran, Tarik Ongün (Turkiyə), Svein Oddvar Moen (Norveç).
Fortaleza. "Estadio Kastelo".
H qrupu
Rusiya - Cənubi Koreya
Hakimlər: Nestor Pitana, Ernan Maydana, Xuan Pablo Belatti (Argentina), Roberto Moreno (Panama).
Kuyaba. "Pantanal Arena".
Qaynar.info