İdman 13:03 01.10.2022

Braziliya millisinin məşhur futbolçusu karyerası ilə bağlı qərarını verdi

Braziliya millisinin sabiq üzvü, bir müddət "Çelsi"də də forma geyinmiş Ramires peşəkar karyerasına son qoyduğunu açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, sonuncu dəfə ölkəsində "Palmeyras"ın heyətində çıxış etmiş futbolçu qərarını sosial şəbəkə vasitəsilə açıqlayıb. O, bütün komanda yoldaşlarına, məşqçilərə, oynadığı klubların rəhbərliklərinə və Braziliya millisinə təşəkkür edib. 

Ölkəsinin "Kruzeyro”, Portuqaliyanın "Benfika” klublarında çıxış edən 35 yaşlı yarımmüdafiəçi 2010-cu ildə "Çelsi”yə 22 milyon avroya transfer olunmuşdu. Ramires 2016-cı ildə 28 milyon avroya Çinin "Jiangsu Suning" komandasına keçib. 

Ramires bir vaxtlar "Çelsi” ilə İngiltərə Premyer Liqası, İngiltərə Kuboku, Liqa Kuboku, UEFA Çempionlar Liqası və Avropa Liqasında qələbələr qazanıb.

Braziliya millisində 51 oyun keçirən və 4 qol vuran yarımmüdafiəçi 2009-cu ildə FIFA Konfederasiyalar Kubokunu da qazanıb.
 
Səbuhi Həsənov