Braziliya millisinin əfsanəvi keçmiş qapıçısı, Klaudio Taffarel Rusiyanın Ukraynaya hərbi təcavüzünə qarşı çıxıb.
Qaynarinfo xəbər verir ki, 1994-cü ildə Braziliya millisinin heyətində dünya çempionu olmuş qolkiper Ukrayna xalqına dəstəyini nümayiş etdirib:
"Əziz dostlar, ukraynalılar! Bütün dünya Ukraynada baş verənləri seyr edir, narahat olur və hiddətlənir. Şəxsən mən sülhün tezliklə torpağınıza qayıtmasını arzulayıram. Çünki bu müharibə mənasızdır. Sizə dualarımı göndərirəm. Mən sizə inanıram, bu gün bütün dünya Ukraynadır”.
Səbuhi Həsənov