Xəbər lenti

Braziliya yığması Qətərə göndəriləcək futbolçuların yekun siyahısını müəyyənləşdirdi
İdman19:10 07.11.2022

Braziliya yığması Qətərə göndəriləcək futbolçuların yekun siyahısını müəyyənləşdirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qətərdə keçirilən dünya çempionatının favoritlərindən olan Braziliya yığması turnirə yollanacaq futbolçuların yekun siyahısını müəyyənləşdirib.
Qaynarinfo Braziliya Futbol Konfederasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Braziliyanın baş məşqçisi Titenin heyətində 9-u hücumçu olmaqla 26 futbolçu yer alıb.
Siyahıdan yalnız 10 oyunçu Dünya Kubokunda oynamaq təcrübəsinə malikdir. 16 oyunçu üçün bu Mundial karyeralarında ilk olacaq.
Braziliya heyəti:
Qapıçılar: Alisson (Liverpul), Ederson (Mançester Siti), Veverton (Palmeyras)
Müdafiəçilər: Tiaqo Silva (Çelsi), Markinyos (PSJ), Danilo (Yuventus), Aleks Telles (Sevilya), Aleks Sandro (Yuventus), Eder Militao (Real Madrid), Qleyson Bremer (Yuventus), Dani Alveş (Pumas)
Yarımmüdafiəçilər: Bruno Gimaraes (Nyukasl), Kazemiro (Mançester Yunayted), Lukas Paketa (Lion), Fabinyo (Liverpul), Fred (Mançester Yunayted), Everton Ribeyro (Flamenqo)
Hücumçular: Neymar (PSJ), Vinisius Junior (Real Madrid), Entoni (Mançester Yunayted) Rodriqo (Real Madrid), Rişarlison (Tottenhem), Rafinya (Barselona), Qabriel Martinelli (Arsenal), Pedro (Flamenqo), Qabriel Jesus (Arsenal) 
Nizami Bağırov