Xəbər lenti

Braziliyadakı məğlubiyyətə görə futbolçunun atasını yandırdılar
İdman15:25 14.07.2014

Braziliyadakı məğlubiyyətə görə futbolçunun atasını yandırdılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tanınmış kamerunlu futbolçunun atası qətlə yetirilib.

Fanat.az xəbər verir ki,  bu il Braziliyada keçirilən dünya çempionatında bütün oyunlarda məğlub olan Kamerun millisinin ikinci kapitanı olan Nicolas Kolounun atası öldürülüb. Futbolçunun atasının Akonqo Kolounun cəsədi ölkənin cənubundakı Mfou qəsəbəsindəki evində aşkarlanıb. onun yandırılaraq öldürüldüyü bildirilir.

Məlumatı Franss Press yayıb. Bu arada Fransa mediası tanınmış futbolçunun atasının qətlinə oğlunun çıxış etdiyi futbol yığmasının Braziliyada uğursuz çıxışının səbəb olduğunu iddia edib.

Hadisənin hansı qruplaşma tərəfindən törədilməsi hələlik məlum deyil. (lent.az)

Fanat.az