Xəbər lenti

Braziliyalı əfsanə yenidən "Barselona"da
İdman16:19 04.09.2016

Braziliyalı əfsanə yenidən "Barselona"da

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Braziliyalı Ronaldinyo yenidən “Barselona”ya qayıdıb.

Qaynarinfo.Az xəbər verir ki, ancaq o, Kataloniya klubuna futbolçu kimi yox, məsul şəxs kimi geri dönüb.

Verilən məlumata əsasən, “Barsa”nın ABŞ-dakı səfiri təyin olunan Ronaldinyo komanda üçün yeni istedadlı futbolçular axtarışında olacaq.

"Barselona" sentyabrın 6-da Nyu-York şəhərində yeni ofis açacaq.

Qeyd edək ki, 2003-2008-ci illərdə “Barselona”da çıxış etmiş Ronaldinyo 145 oyuna 70 qol vurub.

Qaynarinfo.Az