"Qalatasaray" heyətini yeni oyunçu ilə gücləndirib.
Qaynarinfo xəbər verir ki, "Cim-Bom" Karlos Vinisiusu transfer edib. Klub braziliyalı hücumçunu cari mövsümün sonunadək "Fulhem"dən icarəyə götürüb.
"Qalatasaray" icarə üçün 600 min avro ödəniş edəcək. Məvacib də 600 min avro civarında nəzərdə tutulub.