Braziliyalı idmançı Marsio Freire Portuqaliyada sörfinqlə məşğul olarkən dünyasını dəyişib.
Qaynarinfo xəbər verir ki, Portuqaliyanın Milli Sahil Mühafizəsi 47 yaşlı Freirenin nəhəng dalğaları ilə məşhur olan Nazare Şimal çimərliyində sörfinq edərkən öldüyünü açıqlayıb. Məşq edərkən sörfinqdən yıxılan Freirenin sudan çıxarıldığı, lakin ürəyi dayanandığından ilkin müdaxilələrə baxmayaraq onu xilas etməyin mümkün olmadığı bildirilib.
Nazaredəki Şimal çimərliyi nəhəng dalğaları sayəsində peşəkar sörfçülərin sevimli yerlərindən biridir. Bundan əvvəl alman sörfçü Sebastyan Şteudtnerin sözügedən çimərlikdə ən böyük dalğada sörfinq rekordunu qıra bilmişdi. 2020-ci ilin oktyabr ayında 26,2 metrlik dalğada 30 saniyədən çox sörfinq edən Şteudtner dünya rekordunu qırmışdı. Əvvəlki iki rekord da eyni yerdə braziliyalı Rodriqo Koxa və ABŞ-dən olan Qarret Maknamara tərəfindən yenilənmişdi.
Ən təhlükəli idman növlərindən sayılan böyük dalğa sörfinqi son illərdə dünyanın müxtəlif yerlərində bir çox idmançının ölümünə səbəb olub. Səlahiyyətlilər, əvvəllər çoxlu sörfinq qəzaları baş verməsinə baxmayaraq ilk dəfə sörfçü ölümünün qeydə alındığını açıqlayıb.
Səbuhi Həsənov