Xəbər lenti

Braziliyalı marafonçudan rekord - Ən hündür dağa 6 saat 40 dəqiqəyə çıxdı
İdman12:47 26.01.2023

Braziliyalı marafonçudan rekord - Ən hündür dağa 6 saat 40 dəqiqəyə çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Braziliyalı ultramarafonçu Fernanda Masiel Antarktidanın ən hündür dağı olan Vinson dağına qalxıb.
Qaynarinfo-nun məlumatına görə, idmançı hündürlüyü 4892 metr olan dağa 6 saat 40 dəqiqəyə qalxıb. Masiel bu dırmanma ilə dünya rekordunun sahibi olub.
Cənub qütbündən 1200 kilometr aralıda yerləşən Vinson dağına qalxan 42 yaşlı idmançının gediş-gəlişi üçün ümumilikdə 9 saat 41 dəqiqə lazım olub. O, yaşadıqları ilə bağlı açıqlamasında "Yuxarıda -45 dərəcə soyuq idi. Qaçış zamanı bir dəqiqə dayanmayacağımı bilirdim. Bu olduqca çılğın və çətin bir təcrübə idi" - deyib. 
Braziliyalı əvvəllər Argentinanın Akonkaqua (6,962 m, 2016) və Tanzaniyanın Kilimancaro dağında (5,895 m, 2017) yuxarı və aşağı qaçış üzrə rekord qırmışdı.
Səbuhi Həsənov