Məşhur braziliyalı futbolçu Vaqner Lav karyerasını Azərbaycanda davam etdirə bilər.
Qaynarinfo "NTV Spor"a istinadən xəbər verir ki, bu barədə onun agenti Evandro Ferreyra məlumat
verir.
Onun sözlərinə görə, "Midtüllan"la müqaviləsi başa çatan futbolçu Azərbaycan, Türkiyə və Braziliyadan təklif alıb: "Vaqner karyerasını biritmək istəmir. Türkiyə, Azərbaycan və Braziliyadan təkliflər alıb".
Qeyd edək ki, Vaqner Lav karyerası ərzində Braziliyanın "Palmeyras", "Flamenqo", "Korintians", Rusiyanın ÇSKA (Moskva), Çinin "Şandonq Lunenq", Fransanın "Monako", Türkiyənin "Alanyaspor", "Beşiktaş", Qazaxısnatın "Kayrat" və Danimarkanın "Midtüllan" klublarında çıxış edib.
Braziliya millisində 20 oyun keçirərək 4 qol vuran 38 yaşlı forvard 2004 və 2007-ci illərdə FIFA Konfederasiyalar Kubokunun qalibi olub. O, həmçinin ÇSKA ilə Rusiya çempionluğunu (3 dəfə), kubokunu (6), Super Kubokunu (4) və UEFA Kubokunu (1), "Şandonq Lunenq"lə Çin Federasiya Kubokunu, "Korintians"la Braziliya A Seriyasını, "Kayrat"la isə Qazaxıstan çempionluğunu və kubokunu qazanıb.
Aydın