İdman 09:22 28.06.2022

Braziliyalı ulduz futbolçu Bakı klubuna keçir?

Braziliyalı hücumçu Vaqner Lav "Sabah" klubuna keçməyə yaxındır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Eurostavka" saytı məlumat yayıb.

Mənbənin sözlərinə görə, Vaqneri "Sabah” layihəsi çox cəlb edir. O, Azərbaycan çempionatında ən çox maaş alan futbolçu ola bilər.

Xatırladaq ki, futbolçunun agenti Evandro Ferreyra "Midtüllan"la müqaviləsi başa çatan Vaqner Lavın Azərbaycan, Türkiyə və Braziliyadan təkliflər aldığını bildirmişdi.

Qeyd edək ki, Vaqner Lav karyerası ərzində Braziliyanın "Palmeyras", "Flamenqo", "Korintians", Rusiyanın ÇSKA (Moskva), Çinin "Şandonq Lunenq", Fransanın "Monako", Türkiyənin "Alanyaspor", "Beşiktaş", Qazaxısnatın "Kayrat" və Danimarkanın "Midtüllan" klublarında çıxış edib. 

Braziliya millisində 20 oyun keçirərək 4 qol vuran 38 yaşlı forvard 2004 və 2007-ci illərdə FIFA Konfederasiyalar Kubokunun qalibi olub. O, həmçinin ÇSKA ilə Rusiya çempionluğunu (3 dəfə), kubokunu (6), Super Kubokunu (4) və UEFA Kubokunu (1), "Şandonq Lunenq"lə Çin Federasiya Kubokunu, "Korintians"la Braziliya A Seriyasını, "Kayrat"la isə Qazaxıstan çempionluğunu və kubokunu qazanıb.