İdman 16:08 03.12.2022

Braziliyaya qol vurdu, ilkə imza atdı

Kamerun millisinin hücumçusu Vinsent Abubakar Braziliya ilə oyunda tarixə düşüb.

Qaynarinfo-nun məlumatına görə Qətərdə keçirilən DÇ-nin qrup mərhələsinin son matçında vurduğu qoldan sonra sevincini qeyd edərkən formasını əyinindən çıxarıb. Bu qaydalara zidd olduğundan hakim tərəfindən ikinci sarı vərəqə ilə meydandan çıxarılıb.

VBununla da Abubakar dünya çempionatı tarixində Zinəddin Zidandan sonra qol vurduğu matçda qırmızı vərəqə alan ilk futbolçu olub. Zidan 2006-cı ildə keçirilən dünya çempionatının finalında penaltilər seriyasında uduzduğu İtaliya millisinin futbolçusu Marko Materatsini başı ilə vurub yerə yıxdığı üçün meydandan qovulmuşdu. 

Kamerun - Braziliya matçı afrikalıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 90+3-cü dəqiqədə Vinsent Abubakar Braziliya millisinin qapısından keçirib.

Səbuhi Həsənov