Xəbər lenti

"Brent" markalı neft 40 aydan sonra ilk dəfə bu qədər bahalaşdı
Ekonomiks05:32 12.04.2018

"Brent" markalı neft 40 aydan sonra ilk dəfə bu qədər bahalaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünya birjalarında neft bahalaşıb.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,27 dollar və ya 0,40% artaraq 67,09 dollar təşkil edib. 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,18 dollar və ya 0,25% artaraq 72,24 dollar təşkil edib.
Qeyd edək ki, sonuncu dəfə bu qiymət 2014-cü ilin dekabrında qeydə alınıb.