Xəbər lenti

"Brent" markalı neftin qiyməti 72 dollardan aşağı düşdü
Ekonomiks19:56 06.11.2018

"Brent" markalı neftin qiyməti 72 dollardan aşağı düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Brent" markalı Şimal dəniz neft qatışığının bir barelinin qiyməti avqustun 20-dən bu yana keçirilən hərraclar zamanı ilk dəfə olaraq 72 dollardan aşağı düşüb.
"Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 19.47-yə olan vəziyyətə görə, "Brent"in yanvar fyuçerslərinin qiyməti 1,53% azalaraq bir barelə görə 72,05 dollar təşkil edib. Bir dəqiqə əvvəl isə bu göstərici 71,86 dollara düşüb.
WTI markalı yüngül neftin dekabr fyuçerslərinin qiyməti bir barel üçün 1,36% düşərək 62,23 dollara bərabər olub.
Bundan əvvəl Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,8 dollar və yaxud 1,08% artıb.