Xəbər lenti

Brent markalı neftin qiyməti yüksəldi
Ekonomiks06:39 17.12.2020

Brent markalı neftin qiyməti yüksəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Neft qiymətləri ticarət məlumatlarına görə artır.
Qaynarinfo xəbər verir ki, WTI xam neftinin yanvar fyuçersləri 1,02% bahalaşaraq bir barrel üçün qiyməti 48,31 dollar olub.
Brent markalı xam neftin fevral fyuçersi 0,92% artaraq barreli 51,55 dollara çatıb.
Bir qədər əvvəl OPEC tərəfindən açıqlanan 2021-ci il üçün dünya neft tələbi proqnozlarının nikbinlik yaratmadığı bildirilmişdi. Analitiklər koronavirus pandemiyasının yaratdığı qeyri-müəyyənliyin yanacaq bazarındakı tələbin bərpa olunmasını məhdudlaşdıracağını söyləmişdilər.
Alpər