Dünya birjalarında neft qiymətləri bahalaşır.
Qaynarinfo-nun məlumatına görə, "qara qızıl”ın qiyməti Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC), Beynəlxalq Enerji Agentliyi (IEA) və Beynəlxalq Valyuta Fondunun (BVF) enerji bazarına dair açıqladığı nikbin proqnozlar fonunda gün ərzində 1 dollar/barrelədək artıb.
Hazırda "Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 43,17 dollar, "Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 40,99 dollara təklif olunur.