
"Platform London" təşkilatının fəalı Emma Hayges Bakı beynəlxalq aeroportunda saxlanılıb.
"Bakı vaxtı ilə saat 19:00 radələrində pasportumu götürdülər, qırmızı siyahıda olduğumu və sərhədi keçə bilməyəcəyimi dedilər" - deyə Hayges BBC-yə bildirib.
"Mənə hələ izah etməyiblər ki, konkret nəyə görə məni ölkəyə buraxmırlar. Sadəcə dedilər ki, qırmızı siyahıdayam və məni sərhədi keçməyə buraxa bilməzlər" - deyə britaniyalı jurnalist əlavə edib.
İş vaxtı olmadığı üçün Dövlət Sərhəd Xidmətindən məsələ ilə bağlı əlavə məlumat almaq mümkün olmayıb.
"Deyəsən, sabah səhər geri uçacağam, amma dəqiq bilmirəm" - deyə Hayges bildirib.
Beynəlxalq neft sənayesinin sosial, iqtisadi və ətraf mühitə təsirini araşdıran "Platform London" təşkilatı Azərbaycanda 90-cı illərin sonlarından fəaliyyət göstərir.
Qaynar.info