Xəbər lenti

Britaniyanın yeni baş naziri: USQ Rusiyaya
Dünya 18:09 10.07.2024

Britaniyanın yeni baş naziri: USQ Rusiyaya "Storm Shadow" ilə zərbə endirə bilər

Böyük Britaniyanın yeni baş naziri Keir Starmer Ukraynanın Rusiya ərazisindəki hərbi hədəfləri vurmaq üçün Britaniyanın "Storm Shadow" raketlərindən istifadə edə biləcəyini açıq şəkildə bildirib.

Qaynarinfo bu barədə "Unaian"a istinadla xəbər verir.

Beləliklə, o, Ukraynadakı müharibədə Britaniyanın uzaqmənzilli silahlarından istifadə ilə bağlı sələflərinin siyasətini təsdiqləyib, - Bloomberg yazır. Starmer bildirib ki, Ukrayna Britaniyanın hədiyyə etdiyi "Storm Shadow” raketlərindən necə istifadə edəcəyinə özü qərar verməlidir. 

Raketlər "beynəlxalq humanitar hüquqa uyğun olaraq” istifadə edilməlidir, yəni baş nazirin qeyd etdiyi kimi, "Storm Shadow” "müdafiə məqsədləri üçün” istifadə edilməlidir.

Keçmiş NATO rəsmisi və hazırda Chatham House-un əməkdaşı Ceymi Şi şərh edərkən bildirib ki, ukraynalılar "Rusiya mülki obyektlərə qarşı deyil, hərbi hədəflərinə cavab zərbələri endirmək imkanına malik olmalıdırlar. "Starmer və digər NATO liderləri burada qırmızı xətt çəkirlər: zərbələr real hərbi hədəflərə yönəldilməlidir", - Şi vurğulayıb.

Rusiya Federasiyasına zərbə vurmaq üçün Qərb silahlarından istifadə

Bir müddət əvvəl Ukrayna hakimiyyəti özünü müdafiə etmək və Rusiyanın hücumlarını dəf etmək üçün Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirməyin zəruriliyini bəyan etmişdi və bu, NATO-nun hazırkı sammitində müzakirə olunacaq əsas məsələlərdən biridir.

Bəzi Avropa ölkələri, məsələn, Britaniya Ukraynanın mövqeyini dəstəklədiyini bildirsə də, Birləşmiş Ştatlar Putini qəzəbləndirəcəyindən qorxaraq bu günə qədər məhdudiyyətləri tamamilə aradan qaldırmağa müqavimət göstərib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->