
Brüsselin "Malbek" metrostansiyasında partlayış edən terrorçu Xalid Əl-Bakraui Milanın "İnter" klubunun sabiq futbolçusu İbraim Maarufinin adından saxta sənədlərdən istifadə edibmiş.
Qaynar.info xəbər verir ki, bu haqda İtaliyanın məşhur "Qazzetta dello Sport" qəzeti məlumat yayıb.
Terrorçu özünü 2006-2009-cü illərdə "İnter"in futbolçusu olmuş, Mərakeş əsilli belçikalı Maarufi adı ilə təqdim edərək ev tutub. O həmin metrostansiyaya yaxın ərazidə ev tapa bilib. Martın 22-dəki bu partlayış Brüssel hava limanındakı teraktla zəncirvarı bağlantıda imiş. Nəticədə Brüsseldə baş verən bu partlayışlar 35 insanın həlakına səbəb olub. Polis müəyyənləşdirib ki, noyabrda Parisdəki terror da bu qrupla əlaqəli imiş.
Qeyd edək ki, bu gün Parisdə Fransa millisi ilə Rusiya yoldaşlıq oyunu keçirəcək. Gözlənilir ki, oyun vaxtı stadiondan kənarda snayperlər keşik çəkəcək.
Qaynar.info

