
Martın 29-da Brüsselin "Rua Boduen" stadionunda keçirilməli olan Belçika - Portuqaliya matçının məkanı terror təhlükəsinə görə dəyişdirilib.
Qaynar.info xəbər verir ki, tərəflər bu görüşün Portuqaliyanın Leyriya şəhərindəki "Maqalyaynş Pesoa" stadionunda keçirilməsi barədə razılığa gəliblər. Təklif Portuqaliya tərəfdən gəlib və belçikalılar buna razı olub.
Xatırladaq ki, noyabrın 13-də Parisdəki terrordan 4 gün sonra Brüsseldə keçirilməli olan Belçika - İspaniya matçı təxirə salınmışdı. Noyabrın 17-də həmçinin Hannoverdəki Almaniya - Hollandiya matçı da terror təhlükəsinə görə keçirilməmişdi. 3 min azarkeş stadiona toplaşsa da, sonradan polis onları dərhal stadiondan çıxarmışdı.
UEFA isə bildirib ki, iyunda Fransada keçiriləcək Avropa çempionatının bəzi matçları terror təhlükəsinə görə tamamilə azarkeşsiz keçirilə bilər. Qeyd edək ki, Brüsseldəki terakta baxmayaraq, martın 29-dakı Sen-Denidə keçirilməli olan Fransa - Rusiya matçı təxirə salınmayıb. Bunu "Park-de-Prens" arenasının mətbuat xidmətinin rəhbəri təsdiqləyib.
Qaynar.info