Bakı Slavyan Universitetinin (BSU) tələbəsi vəfat edib.
Bu barədə Qaynarinfo-ya universitetdən məlumat verilib.
Qeyd olunub ki, BSU-nun Tərcümə fakültəsinin IV kurs tələbəsi Vəliyeva Mərziyyə Nazim qızı uzun sürən ağır xəstəlikdən dünyasını dəyişib.
Universitetdən bildirilib ki, Mərziyyə Vəliyeva universitetdə oxuduğu müddət ərzində özünü intizamlı, hazırlıqlı, ünsiyyətcil, məsuliyyətli və bacarıqlı tələbə kimi göstərə bilmiş, yoldaşlarının hörmət və rəğbətini qazanıb.
Şərhlər